Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
Sosial 4

Yanvarın 13-ü saat 17:00-dan etibarən 2022-2023-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

Elm və Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi 2019-cu ilin avqustun 15-dən www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qarlı Bakıdan FOTOREPORTAJ

Qarlı Bakıdan FOTOREPORTAJ

Bu gün paytaxt ağ örpəyə bürünüb. BAKU.WS-in məlumatına görə, qışın bəzəyi olan qar küçələrə, parklara, meydanlara əlavə gözəllik bəxş edib. Qar gözəlliklə birg...

174 Video 12:53 09 yanvar 2023

Son xəbərlər