İş yerlərinin fəaliyyətinə icazə verilir - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ərazisində iş və xidmətlərin fəaliyyətinə qoyulan məhdudiyyətlər götürülür.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Opreativ Qərargah qərar verib.
Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində aşağıdakı iş və xidmətlərin fəaliyyətinə icazə verilir:
● ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla);
● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
● muzey və sərgi zallarının fəaliyyəti;
● şəhərlərarası və rayonlararası hərəkət.
Oxşar xəbərlər
Azərbaycanda sərt karantin rejimi yumşaldılır - VİDEO
Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. NK-dan BAKU.WS-ə verilən məlumatda bildirilib ki, dünyada, ö cümlədən Azərbaycan ərazisində yeni növ...