Seysmoloqdan HƏYƏCAN TƏBİLİ: Bəzi bölgələrdə zəlzələ ocaqları aktivləşib
"Ölkədəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur. Şamaxı, İsmayıllı və yaxın ərazilərdə maksimum 4 baladək zəlzələ gözlənilir".
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib.
Seysmoloqun sözlərinə görə, sözügedən ərazilərdə zəlzələlər tarix boyu güclü və hiss edilən olub.
Qulam Babayev bildirib ki, mövcud seysmik proseslər qonşu zəlzələ ocaqlarını da hərəkətə gətirə bilər. Şəki-Oğuz, Quba-Şabran və Aran bölgəsində Hacıqabul istiqamətində mövcud olan zəlzələ ocaqlarında da seysmik aktivliyin artması mümkündür.
Seysmoloq əlavə edib ki, Bakıda və Abşeron yarımadasında da seysmik ocaqlar aktivləşib.
Onun sözlərinə görə, Türkiyə, İtaliya və Avropanın bəzi seysmik zonaları ilə müqayisədə Azərbaycan nisbətən daha sabit hesab olunur. Bunun əsas səbəbi tektonik hərəkətlərin və geodinamik proseslərin sürətinin o qədər də intensiv olmamasıdır.
Oxşar xəbərlər
Azərbaycanda bu şəxslərin pensiyası yenidən artırılacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətə...