Şərurda çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şərur rayonu Aşağı Aralıq kəndində fəaliyyət göstərən Dünyamalıyev Məmiş Əziz oğluna məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.
Agentlikdən verilən xəbərə görə, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin təmirə ehtiyacının olduğu aşkarlanıb.
Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Bakıda xaos yaradan nişanlar: Sürücülər narazıdırlar
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb. Bu dəfə Səməd Vurğun və Dilarə Əliyeva küçələrinin kəsişməsindəki problem barədə məlumat...
