Sərt karantin günlərində fəaliyyət göstərəcək apteklər - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin günlərində fəaliyyət göstərəcək apteklərin siyahısını açıqlayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi zamanı yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib.
Qeyd olunan 9 şəhər və rayonun sakinləri apteklərdən dərman vasitələrini sifariş vermək üçün (012) 914 və *7700 “Qaynar Xətt”inə və www.aptekonline.az internet səhifəsinə müraciət edə bilərlər.
Bundan əlavə, siyahıda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunmadığı rayon və şəhərlər üzrə də onlayn apteklər mövcuddur.
Oxşar xəbərlər
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
Nazirlər Kabineti yanında Operativ Qərargah 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək sərt karantin rejimi elan edilən ərazilərdə apteklərin fəaliyyətinə ic...