Sərnişinlər avtobusdan, daşıyıcı şirkət isə sərnişinlərdən NARAZILIQ edirlər
Yeniliklərdən dərhal xəbərdar olun
"Qobu Park" yaşayış kompleksinin sakinləri marşrutla bağlı problem yaşayırlar.
BAKU.WS Xezerxeber.az-a istinadən məlumat verir ki, sərnişinlər 194 nömrəli avtobusların köhnə olmasından narazıdırlar.
Bəzi sərnişinlər isə marşrut xəttinin yalnız 20 Yanvar ərazisinə getməsindən şikayətçidirlər.
Sürücülər də təsdiqləyirlər ki, yaşayış kompleksi açılandan eyni avtobuslarla işləyirlər.
Daşıyıcı şirkətin əməkdaşları isə sərnişinlərdən narazılıq edir. Onlar deyirlər ki, sakinlər avtobuslarda təmizliyə riayət etmirlər.
Şirkət əməkdaşının sözlərinə görə, sözügedən xətt üzrə yeni elektrobuslar gətiriləcək. Marşrut xəttinin intervalı təxminən 10-12 dəqiqə təşkil edir. Digər metroətrafı ərazilərə də avtobusların işləməsi məsələsi isə hələ ki, gündəmdə deyil.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...