Sədr müavini: Azərbaycan milli dövlətçiliyi baxımdan 22 iyul önəmli gündür

"1878-ci ildə ümmətlə milləti bir-birindən fərqləndirə bilməyən toplum 40 ilin içində 3 prosesi - milli şüurun maarifçilik hərəkatı, milli şüurun oyanması - milli özünüdərk və milli dövlətin yaranmasını uğurla başa vurub".
BAKU.WS-in Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda keçirilən konfransın açılış mərasimində çıxışı zamanı deyib.
"Belə bir məntiqi sual yaranır, əgər "Əkinçi", "Həyat", "Açıq söz" qəzetləri, "Fyüzat", "Molla Nəsrəddin", jurnalı olmasaydı Azərbaycan Xalq Cümhuriyyətini quran kişilər formalaşa biləcəkdimi? Buna görə də, Azərbaycan milli dövlətçiliyi baxımdan 22 iyul önəmli gündür".
"Başqa sözlə bugünkü Azərbaycan cəmiyyəti bir az "Əkinçiyə", bir az "Fyüzat"a, bir az "Molla Nəsrəddin"ə bir az da "Açıq söz" qəzetinə bənzəyir. Bu baxımdan dövlətçiliyimiz baxımdan milli mətbuatımıza çox şey borcludur" - deyə sədr müavini vurğulayıb.
Qeyd edək ki, konfrans "Global Media Group"un media dəstəyi ilə keçirilir.
Banu Hüseynli
Oxşar xəbərlər
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib. Bunu "Report"un sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQ...