Sentyabrda 20 milyona yaxın sərnişin metrodan istifadə edib

02
okt
2025
16:45
Bakı Metropoliteni sentyabr ayında 19 milyondan çox sərnişin daşıyıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
34 cüt qatar sxeminə keçidlə "28 May"-"Əhmədli" sahəsində pik saatlarda interval 1 dəqiqə 45 saniyəyə endirilib.
Nəticədə, ay ərzində metro tarixində ikinci ən böyük sərnişindaşıma göstəricisi də qeydə alınıb.
Ayın ən çox sərnişin qəbul edilən günü 15 sentyabr - 891 856 nəfər olub. Ən sakit gün isə 7 sentyabr - 405 892 nəfər olub.
Bu statistika bir daha göstərir ki, sərnişinlər metroya üstünlük verirlər.
Oxşar xəbərlər
Bakının bir sıra yollarında tıxac var - SİYAHI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayı...
