Sənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir
Binəqədi qəsəbəsində illərdir həllini tapmayan qeydiyyatsız evlər problemi yüzlərlə ailəni narahat edir.
BAKU.WS AzTV-yə istinadən xəbər verir ki, sakinlər yaşadıqları evlərin böyük əksəriyyətinin çıxarışının olmamasından şikayətlənirlər.
Qanunsuz tikilən yaşayış massivlərində minlərlə ailə hüquqsuz yaşayır. Sakinlərin əsas tələbi yaşadıqları evin qanuni sahibi olmaqdır.
Problemlə bağlı danışan bir sakin bildirib: "Məhəllədə heç kimdə qeydiyyat vəsiqəsi yoxdur. Hamımızın evi qeydiyyatsızdır. Çox istəyərdik qeydiyyata düşək".
Sənədsiz evlər məsələsi Binəqədi qəsəbəsində ciddi narazılıq yaradır və vətəndaşlar bu problemin tezliklə həll olunacağını ümid edirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Xırdalanda avtobus səki ilə hərəkət etdi
Xırdalanda marşrut avtobusu səki ilə hərəkət edib. Bu barədə görüntülər BAKU.WS-ə daxil olub. Bildirilib ki, keçmiş Qafqaz Universitetinə qalxan yolda 523 nömrə...