"Sənəd veriblər ki, təhlükəlidir" - Dörd uşaqla evsiz qalan ailənin aqibəti necə olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabul rayonunun Məhsəti Gəncəvi küçəsində yaşayan Hüseynovlar ailəsi evsiz qalıb.
Baku TV-nin qaynar xəttinə müraciət edən ailə başçısı bildirib ki, 2024-cü ildə sel nəticəsində evləri qəzalı vəziyyətə düşüb.
Hazırda çıxılmaz durumda qalan ailə aidiyyəti qurumlardan kömək istəyir.
"Sel hadisəsindən sonra icra nümayəndələri gəlib evi yoxlayıblar. Sənəd veriblər ki, bu evdə yaşamaq təhlükəlidir, amma hələ ki xəbər yoxdur. İndi 4 uşaqla çöllərdə qalmışam", - zərərçəkən Elşən Hüseynov söyləyib.
Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov bildirib ki, məsələ nəzarətdədir:
"Elşən Hüseynova İcra Hakimiyyəti tərəfindən bir neçə dəfə maddi yardım olunub. Onun evi artıq uçub. Yaxın zamanda bu məsələ ilə bağlı tədbirlər görüləcək".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...