Şəmkirdə artezian PROBLEMİ: "Nə ağaclarımızı, nə də əkinimizi suvara bilirik"

Şəmkirdə artezian PROBLEMİ: Nə ağaclarımızı, nə də əkinimizi suvara bilirik
Video
Sosial 8

Şəmkir şəhəri Şota Rustavelli küçəsində yaşayan sakinlər ərazidə 50-dən çox evə xidmət göstərən artezianın fəaliyyətinin iki aya yaxındır ki, dayandırılmasından şikayətçidirlər.

Onlar Baku TV-yə bildiriblər ki, artezianın fəaliyyəti əraziyə içməli suyun çəkilişi ilə əlaqədar dayandırılıb. Ancaq verilən su təsərrüfatda istifadə üçün qiymət baxımından münasib, keyfiyyət baxımından yararlı deyil.

"Nə ağaclarımızı, nə də əkinimizi suvara bilirik. 12 sot ərazi susuzluqdan yanır", - deyə sakin Vilayət Quliyev şikayətini dilə gətirib.

Məsələ ilə bağlı ADSEA-nın Regional Su Meliorasiya Xidmətindən bildirilib ki, Şəmkir şəhərinin Posanlı, Qaryağdı və Morul yaşayış məntəqələrində əvvəllər mərkəzləşdirilmiş içməli su şəbəkəsi olmadığından əhalinin su təminatı subartezian quyuları vasitəsilə həyata keçirilib:

"Hazırda həmin ərazilərin "Şəmkirçay" Sutəmizləyici Qurğular Kompleksi vasitəsilə daimi və keyfiyyətli içməli su ilə təmin olunması ilə əlaqədar elektrik enerjisinə qənaət məqsədilə subartezian quyularının fəaliyyəti müvəqqəti dayandırılıb. Vətəndaş müraciətləri nəzərə alınaraq həftədə altı dəfə, gündə üç saat olmaqla artezian quyularının fəaliyyəti bərpa edilib".

Qurumdan o da bildirilib ki, qeyd olunan subartezian quyularından əsasən suvarma məqsədilə istifadə nəzərdə tutulsa da, bəzi abonentlər tərəfindən həmin quyulardan içməli su məqsədilə istifadə olunur və yaranmış debitor borclar uzun müddətdir ödənilmir. Lakin yay aylarında su təminatında çətinlik yarandığı təqdirdə subartezian quyularının yenidən su şəbəkəsinə qoşularaq fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər