Səməd Bəşirli: "Azərbaycanda mövcud torpaqlarda məhsuldarlığın artırılması prioritet olmalıdır"

Səməd Bəşirli: Azərbaycanda mövcud torpaqlarda məhsuldarlığın artırılması prioritet olmalıdır
Sosial 77

Azərbaycanda yeni əkin sahələrinin genişləndirilməsi əvəzinə, mövcud torpaqlarda məhsuldarlığın artırılması prioritet olmalıdır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumu çərçivəsində "Azərbaycanda Aqrobiznesin İnkişafına Baxış" paneli çərçivəsində deyib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri fonunda mövcud əkin sahələrinin səmərəliliyini artırmaq daha vacib məsələdir: "Yeni əkin sahələrinin yaradılması suya olan tələbatı artırır, bu isə məhdud resurs şəraitində əlavə risklər yaradır. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyinin əkin sahələrinin konsolidasiyası ilə bağlı atdığı addımlar mühüm əhəmiyyət daşıyır".

Nazir müavini əlavə edib ki, kənd təsərrüfatında transformasiya prosesinin mərkəzində rəqəmsallaşma və innovasiya dayanmalıdır.

O bildirib ki, müasir texnologiyalardan - dronlardan, sensorlardan və rəqəmsal idarəetmə sistemlərindən istifadə məhsuldarlığın artırılmasına və su resurslarının daha səmərəli idarə olunmasına imkan verir: "Səmərəliliyin artırılması və düzgün suvarma texnologiyalarının tətbiqi bu transformasiyanın əsas tərkib hissəsidir".

Son xəbərlər