Səlim Müslümovun məhkəmə prosesi təxirə salınıb - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə prosesi təxirə salınıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, proses hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilməli idi.
Prosesin təxirə salınmasına səbəb isə iş üzrə təyin olunan 3 hakimdən ikisinin koronavirusa yoluxmasıdır.
*** 09:32
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayır.
BAKU.WS-in “qafqazinfo”ya istinadən məlumatına görə, eks-nazir barəsindəki cinayət işi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçiriləcək.
Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra səhhətindəki problemlərlə bağlı o, ev dustaqlığına buraxılıb.
Qalereya
Oxşar xəbərlər
Hazırda həbs həyatı yaşayan keçmiş icra başçıları - SİYAHI
Ötən gün İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə V. Hacıyev 12 il azadlıqdan məh...