Şəkiyə gələrək gecələyən turistlərin sayı 21 mini keçdi - RƏSMİ
Bu il Şəkiyə gələn turistlərin gecələmə sayı 21 mindən artıq olub.
BAKU.WS-in Şəkiyə ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin Rəisi Şahin Məlikov bildirib.
O qeyd edib ki, ümumi olaraq otellərdə gecələyən turistlərin sayı 17 mindən artıqdır:
"Ancaq bu rəqəmlər reallığı əks etdirməyə bilər. Çünki regiona daxil olan bütün rayonlarda icma əsaslı qonaq evləri də fəaliyyət göstərir. Hansı ki insanlar öz fərdi evlərini qonaqlara təqdim edir.
O səbəbdən hesab edirəm ki bizdə bu rəqəm daha yüksəkdir".
Şəhanə Xankişiyeva
Oxşar xəbərlər
Abşeron sahillərinə kütləvi çəyirtkə hücumunun səbəbi bilindi
Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət Aqrar Xidmətlər Agentliyinin tam nəzarəti altındadır. Bu barədə BAKU.WS-ə Kənd Təsərrüfatı Nazir...