Şəkidə əmlak kompleksi investisiya müsabiqəsinə çıxarılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki rayonunun Öryət kəndində - Qarasu ərazisində yerləşən əmlak kompleksinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na uyğun elan olunub.
Müəssisənin qiyməti 2 milyon manardır. Müsabiqədə iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi dəyəri 2 milyon manatdan az olmayan investisiya proqramı, həmçinin 50-dən az olmayaraq iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidir.
Nəticələr haqqında protokolun təsdiq olunduğu tarixdən 30 gün müddətində müsabiqənin qalibi əmlak kompleksinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (650 min manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə yerli hüquqi və fiziki şəxslərlə yanaşı, xarici investorlar da iştirak edə bilər. İddiaçıların ərizə və təkliflərinin qəbulu prosesi 22 sentyabra qədər, iş günləri saat 10:00-dan 17:30-a qədər Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.
Təkliflərin qiymətləndirilməsi Xidmətin inzibati binasında 23 sentyabr saat 15:00-dan başlayaraq həyata keçiriləcək.
Oxşar xəbərlər
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA
"Hazırda Bakı metrosunun Xırdalan və ya Sumqayıt istiqamətində uzadılması real görünmür. Çünki dövlət proqramı artıq təsdiqlənib və onun icrasına başlanılıb. Me...