Səhiyyə Nazirliyinin mütəxəssisi dieta proqramları ilə bağlı əhaliyə çağırış edib
Dieta proqramları son illərdə Azərbaycanda geniş yayılıb və xüsusilə, sosial şəbəkələr, fitnes mərkəzləri, eləcə də onlayn platformalar vasitəsilə populyarlıq qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, motivasiya və nəzarət hissi bəzi insanlar üçün müsbət təsir göstərsə də, elmi baxımdan bu cür standartlaşdırılmış yanaşmalar hər bir fərd üçün təhlükəsiz və uyğun hesab edilə bilməz:
"İnsan orqanizmi fərdi xüsusiyyətlərə malik mürəkkəb bir sistemdir. Yaş, cins, genetik faktorlar, maddələr mübadiləsinin sürəti, fiziki aktivlik səviyyəsi, hormonal vəziyyət və mövcud xroniki xəstəliklər gündəlik qida ehtiyacını müəyyən edən əsas amillərdir. Qrup dieta proqramlarında isə adətən bu fərdi fərqlər nəzərə alınmır və hamı üçün eyni kalorili, eyni tərkibli qida planı tətbiq olunur".
Mütəxəssis-ekspert bildirib ki, nəticədə bəzi insanlarda enerji çatışmazlığı, protein defisiti, eləcə də vitamin və mineral yetərsizliyi ortaya çıxır.
Oxşar xəbərlər
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb
"Məndən başqa 86 nəfər də aldadılıb". "19 min manata yaxın pul ödədim, ortada nə maşın var nə pul". BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, son bir il ərz...