Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı
Yeniliklərdən dərhal xəbərdar olun
Nadir və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələrinin siyahısı genişləndirilib.
BAKU.WS Milli.az-a istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq qərar imzalayıb.
Qərara əsasən, siyahıya daha üç dərman vasitəsi daxil edilib:
Kuvan (Kuvan) - beynəlxalq patentləşdirilmiş adı: Sapropterin, marketinq və dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi: Biomarin;
Diterin (Sapropterin Difarma) - beynəlxalq patentləşdirilmiş adı: Sapropterin, vəsiqənin sahibi: Dipharma;
Steksli (Ctexli) - beynəlxalq patentləşdirilmiş adı: Chenodiol (chenodeoxycholic acid), vəsiqənin sahibi: Mirum Pharmaceuticals.
Beləliklə, nadir xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısına yeni preparatlar əlavə olunub.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...