Səhiyyə Nazirliyi qriplə bağlı ölkədəki son vəziyyəti açıqladı
19
may
2019
10:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə qriplə bağlı son vəziyyəti açıqlayıb.Mərkəzin direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, adətən, yazın sonlarında respirator virus infeksiyalarına yoluxma sayı azalır:“Havanın temperaturu getdikcə yüksəldiyi üçün respirator virus infeksiyaları da azalmağa doğru gedir. Hazırda ölkədə qrip xəstəliyi yoxdur”.A.Əliyeva qeyd edib ki, bu payız-qış mövsümü ərzində götürülən müayinə materialları arasında tək-tək hallarda mövsümü qrip virusları aşkarlanıb. Qrip virusuna yoluxanlar arasında ölümlə nəticələnmə baş verməyib:"İnfeksion xəstəliklərin ölkəyə keçməsinin qarşısını almaq üçün lazımi tədbirlər görülür. Hər hansı yüksək temperaturlu şübhəli xəstə olarsa, onların aşkarlanması və izolyasiyası üçün sərhəd məntəqələrində şərait var. Eyni zamanda, yerlərdə də tibb müəssisələri tərəfindən epidemioloji nəzarət tədbirləri aparılır".
Oxşar xəbərlər
Azərbaycanda 270 xəstədən nümunə götürüldü: Nazirlik xəbərdarlıq etdi
Builki payız-qış mövsümündə (2018-ci ilin oktyabrından indiyədək olan dövr) 270-dən çox xəstədən respirator virus infeksiyaları, yaxud qripə bənzər xəstəliklər...