Səhiyyə nazirinin müavini: "Hazırda karantində olanların sayı təxminən 1000 nəfərdir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Hər yeni aşkar olunan şəxs qeydiyyata alınır və onunla ünsiyyətdə olan insanlar araşdırılır".
BAKU.WS xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu günə qədər 72 yoluxma halı aşkar olunub, onlardan 10-u sağalıb və bir nəfər dünyasını dəyişib: "Hazırda 1000 nəfərə yaxın şəxs karantində saxlanılır".
Nazir müavini qeyd edib ki, xəstəlik aşkar olunan şəxslərdən iki nəfəri xarici vətəndaşdır. Ümumilikdə xəstəlik aşkar olunan şəxslərin yaş həddi 29-50 arsıdır.
Oxşar xəbərlər
Bu sahədə işləyənlərin maaşı artırılır - əlavə 570 manat - CƏDVƏL
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə i...