Şəhid adını daşıyan küçənin bərbad halı: Sakinlər çıxılmaz vəziyyətdədirlər
Yeniliklərdən dərhal xəbərdar olun
Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsinin sakinləri yolun bərbad vəziyyətdə olmasından və işıqlandırma problemindən şikayətçidirlər. Söhbət küçənin şəhid İsmayıl Kərimlinin adını daşıyan hissəsindən gedir.
Baku TV-nin məlumatına görə, xüsusilə yağışlı havalarda yolda hərəkəti çətinləşdirən gölməçələr yaranır, axşam saatlarında isə küçə tamamilə qaranlığa qərq olur.
Küçə sakini Zakir Məmmədov mövcud vəziyyətlə bağlı narazılığını belə dilə gətirib:
"Çıxılmaz vəziyyətdəyik. Bakının inkişaf etdiyi bir dövrdə belə bərbad küçəyə rast gəlmək təəssüf doğurur. Yağış yağanda buradan keçmək qeyri-mümkündür. Biz 21-ci əsrdə yaşayırıq, amma mən evimə fənərlə gedirəm. Onu da qeyd edim ki, bu küçədə Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri yaşayır. Heç olmasa, şəhidlərimizin xatirəsinə ehtiram olaraq bu küçənin təmir edilməsi üçün aidiyyəti qurumların göstəriş verməsini xahiş edirik".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...