Şəhər infrastrukturunda gigiyena: İctimai tualetlər niyə əlçatan deyil?
Şəhər infrastrukturunun ayrılmaz hissəsi hesab olunan ictimai tualetlərin əlçatanlığının hər zaman rahat olmaması vətəndaşların narazılığına səbəb olur.
Baku TV-nin məlumatına görə, xüsusilə parklar və insanların sıx toplaşdığı istirahət məkanlarında sanitar qovşaqların sayının azlığı əsas problemlərdən biri kimi göstərilir.
Sakinlər tualet tapmaqda çətinlik çəkdiklərini, mövcud obyektlərin pullu olduğunu, həmçinin sanitar vəziyyətin qənaətbəxş olmadığını bildirirlər.
"Uşaqlarla harasa çıxanda məcbur qalıb ticarət mərkəzlərinə və ya digər obyektlərə üz tutmalı oluram. Bu xidmətlər əsasən ödənişli olur. Ödənişsiz olsa belə, məsafə o qədər uzaq olur ki, uşaqlı analar üçün böyük çətinlik yaradır", - sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə qeyd edib:
"Məncə, parklarda ictimai tualetlərin sayı çox olmalı və bu xidmət ödənişsiz təşkil edilməlidir. Hazırda mövcud olanlar isə çox natəmizdir, şərait bir az yaxşılaşdırılmalıdır".
Mütəxəssislərin fikrincə, ictimai tualetlər təkcə rahatlıq amili deyil, həm də şəhərin sanitariya və gigiyena göstəricilərinə təsir edən vacib infrastruktur elementidir. Onların əlçatan və istifadəyə yararlı olması həm yerli sakinlərin, həm də turistlərin rahatlığı baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Culfanın Ərəzin kəndində 60 evin içməli su təminatı yaxşılaşdırılır
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Culfa rayonunun Ərəzin kəndində sakinlərin içməli su təminatının yaxşılaşdırılması məqsədilə...