Səfərbərlik Xidmətinin rəisi: "Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub"
Yeniliklərdən dərhal xəbərdar olun
"Son 3 il ərzində 500 nəfərdən artıq əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 100-dən artıq fakt üzrə materiallar prosessual qərarlar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə müsahibəsində deyib.
Xidmət rəisi bildirib ki, xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir:
"Statistik göstəricilərə nəzər salsaq, 3 il ərzində 500 nəfərdən artıq əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 100-dən artıq fakt üzrə materiallar prosessual qərarlar qəbul edilməsi üçün prokurorluq orqanlarına göndərilib. Qeyd olunan statistika məni heç də sevindirmir. Xüsusi olaraq qeyd etmək istərdim ki, korrupsiyada bir tərəf iştirak etmir, vətəndaşlarımızın da bu prosesdə məsuliyyəti var".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...