Səfərbərlik Xidmətinin binası ilə bağlı hərəkətə keçildi - FOTO

Səfərbərlik Xidmətinin binası ilə bağlı hərəkətə keçildi - FOTO
Foto
Sosial 147

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Səbail rayonunda yerləşən binasının fasadında etdiyi qeyri-qanuni müdaxilələrlə bağlı xəbərdarlıq edib.

BAKU.WS xəbər verir ki, bu gün Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Nuridə Allahyarova feysbukda bildirdiyinə görə, artıq qanunvericiliyin tələblərinə uyğun şəkildə həmin layihəyə mütəxəssislər tərəfindən baxılaraq rəy verilməsi işinə başlanılıb:

“Dünən məlumat vermişdim ki, Səbail rayonu, Neftçilər prospekti 51 ünvanında yerləşən tarix-memarlıq abidəsi olan binada qanunvericiliyin tələbləri gözlənilmədən təmir-bərpa işləri aparılır.

“Tarix-mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq edilən xəbərdarlıqdan sonra həmin binada yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tarixi tikilidə aparılacaq təmir-bərpa işlərinin layihəsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırılması üçün təqdim olunub”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Səfərbərlik Xidmətinə xəbərdarlıq edildi - FOTO

Səfərbərlik Xidmətinə xəbərdarlıq edildi - FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xəbərdar...

2929 Sosial 11:56 04 oktyabr 2022

Son xəbərlər