Şəfəq Mehrəliyeva: "Süni zəkanın inkişafı bizə onu göstərəcək ki, bu sosial məsələdən daha çox mənəviyyat məsələsidir"
"Süni zəkanın inkişafı olduqca az müddətdə bizə onu göstərəcək ki, bu iqtisadi məsələdən daha çox sosial və sosial məsələdən də daha çox mənəviyyat məsələsidir".
BAKU.WS xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin "Rəqəmsal media və dini diskurs: İnformasiya manipulyasiyası və dezinformasiya" adlı panel sessiyasında çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva bildirib.
O qeyd edib ki, dini diskursda rəqəmsal medianın rolu bilavasitə informasiya texnologiyalarının inkişafı ilə dəyişir:
"Biz sosial medianı, rəqəmsal dünyanı sevsək də, sevməsək də, bloggerləri bəyənsək də, bəyənməsək də, onlar ənənəvi media kimi bizim həyatımızda realdır. Ona görə də tənzimləyici və icra orqanları kimi biz məsələni həll etmək istəyiriksə, reallıqlarımızı nəzərə alaraq bunu eləməliyik.
Süni zəka barədə danışanda müəyyən peşələrə aid olan sual budur ki, mənim işim nə olacaq? Sabah onu qoruya biləcəyəm ya yox…
İnsanlar işə yalnız gəlir əldə etmək üçün gəlmirlər. İş insana bir xidmət missiyası verir, onun həyatını mənalandırır. Orda olanda onun bir çevrəsi olur, sosial münasibətləri olur, əlaqələri olur. Təsəvvür edin ki, belə bir ehtimal var ki, onların hamısını siz bir insanın əlindən alarsınız. O zaman bizim o boşluğumuz nə ilə dolacaq? Mənəviyyat boşluğunuz nə ilə dolacaq? Bax o zaman din qayıdacaq" - deyə Şəfəq Mehrəliyeva əlavə edib.
Qeyd edək ki, tədbir Global Media Group holdinq və Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin təşkilatçılığı reallaşır.
Zöhrə Pənahi
Oxşar xəbərlər
Azərbaycanda məscidlərdə kitabxanalar yaradılacaq
Azərbaycanda məscidlərdə kitabxanalar yaradılacaq. BAKU.WS xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qusarda keçirilə...