Şəbnəm Həsənova: Azərbaycanın böyük kazino turizmi potensialı var

Şəbnəm Həsənova: Azərbaycanın böyük kazino turizmi potensialı var
Foto
Sosial 106

"Kazino inkişafı fenomeni kifayət qədər yeni bir tendensiyadır. Bu sektor son illərdə dünyada əhəmiyyətli artım yaşayır və geniş populyarlıq qazanır".

Bunu BAKU.WS-ə açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O, bildirib ki, kazino geniş ictimaiyyət, xüsusilə də üst seqment turistlər arasında daha dərin marağa gətirib çıxardır. O da sübut olunub ki, illik milyardlarla gəlir əldə edən kazinolar iqtisadi tənəzzüllər qarşısında diqqətəlayiq möhkəmlik, dayanıqlıq nümayiş etdiriblər:

"Çünki kazinolar həm də çox rəqabətli mühitlərdə fəaliyyətlərini davam etdirməyi bacarıblar. Azərbaycan da bu sektoru ölkəyə gətirə bilər. Diqqət edilməli bir neçə məqamlar da var. Belə ki, mövcud dünya praktikası, bu oyun biznesinin marketinqi, idarə edilməsi və tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərə almaq qədər sahənin müxtəlif aspektləri, o cümlədən təsnifatı, oyun maşınlarının mexanikası, kazinolarda tətbiq olunan effektiv marketinq strategiyaları, işə cəlb olunan psixoloji profillər, davranış nümunələri arasında qarşılıqlı əlaqə kimi müxtəlif aspektlər də araşdırılmalıdır".

Ekspert bildirib ki, dünya praktikasına nəzər yetirmədən öncə kazino sənayesi formalaşdırılmasında regional aktor Gürcüstanda qurulan "üçbucaq" yəni, biznes - cəmiyyət - dövlət modelindən istifadə oluna bilər.

"Bir reallıq da odur ki, turizm sənayesinin iqtisadi gəliri gündən-günə artır. Bu artan iqtisadi gəlirdən paylarını artırmaq istəyən destinasiyalar təklif etdikləri turizm xidmətlərini diversifikasiya edərək potensial turistləri cəlb etmək istəyirlər. Bu kontekstdə destinasiyalar qastronomiya turizmi, ekoloji turizm, balon turizmi və ya kazino turizmi kimi xüsusi maraq kəsb edən turizm siyasətlərini hazırlayır və həyata keçirirlər. Kazino turizminin iqtisadi faydaları nəzərə alındığından bu sahəyə marağın yenidən artdığını görürük. Kazinoların açılması turizm sənayesinə müsbət təsir göstərəcək. Azərbaycanın böyük kazino turizmi potensialı var, turistik kazino şəhəri yaradıla biləcəyi təklifləri bu potensialı daha da genişləndirəcək. Həmçinin, əhəmiyyətli sayda insanın maliyyə rifahı bu sektorla əlaqəli ola bilər", - deyə politoloq vurğulayıb.

Son xəbərlər