Sarımsağı bir də belə istifadə edin: Saç sağlamlığı üçün... - FOTO

Sarımsağı bir də belə istifadə edin: Saç sağlamlığı üçün...  - FOTO
Sosial 40

Ürək-damar sağlamlığı üçün bir çox faydası olan və mütəxəssislərin hər gün 1 diş udmaq lazım olduğunu bildirdiyi sarımsağın təkcə bədən üçün deyil, saç və dəri üçün də gözəl faydaları var.

BAKU.WS xarici mediya istinadən sarımsaq haqqında bəzi məlumatları təqdim edir.

Sarımsaq keçmişdən bu günə ən təbii antibiotiklərdən biridir.

Ürək sağlamlığı kimi əhəmiyyətli xəstəliklərin dərmanı olan sarımsağın faydaları bununla bitmir. Qoxusuna görə çox insanlar tərəfindən istifadə edilməyən sarımsaq yeməklərə fərqli bir dad qatır.

Soğanlı bitki növü olan sarımsağın üzərində aparılan araşdırmaya görə, bu qidanın saç baxımından saç tökülməsinə və hətta saç köklərinin güclənməsinə qədər müxtəlif problemlərə həll yolu var.

Saçlarınızın tökülməsindən və ya cansız qalmasından şikayət edirsinizsə, mütləq sarımsaqla qulluq edə bilərsiniz.

Sarımsağın tərkibindəki vitamin və minerallar saçın sağlamlığında mühüm rol oynayır. Məsələn, bol miqdarda kalsium ehtiva edən sarımsaq, saça çəkildikdə saçların sağlam uzanmasında təsirli olur.

Sarımsaq saç sağlamlığı üçün çox faydalı olan kükürdlə son dərəcə zəngindir. Kükürd saç istehsalı üçün vacib olan keratin də daxil olmaqla bir çox zülalın struktur hissəsidir.

Sarımsaqda olan selenium saç sağlamlığını yaxşılaşdırmaq üçün E vitamini ilə işləyir.

Vitamin selenium hüceyrələrə zərər verən sərbəst radikallarla mübarizə apararaq bədəndə E vitamininin gücünü artırır. E vitamini az olan insanlarda ümumiyyətlə saç tökülməsi, quru saçlar və saçların solğunluğu müşahidə olunur.

Bütün bu problemləri sarımsaqla qısa müddətdə həll edə bilərsiniz.

Sarımsaq saç sağlamlığı üçün vacib olan C, B-6 və B-1 vitaminlərinin mənbəyidir. Vitamin C saçları qırılmadan qoruyur və kollagen istehsalını artırmağa kömək edir. B-6 vitamini çatışmazlığı saçların qopmasına və tökülməsinə səbəb olur.

Saç tökülməsi həm qadınlarda, həm də kişilərdə görülən bir problemdir. Lakin bu problem qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir.

Sağlamlıq problemlərinə görə saç tökülməsi baş verə bilər. Bu vəziyyəti həll etməyin ən asan yolu sarımsaqdır.

Saç tökülməsi olan nahiyələrə tətbiq edilən sarımsaq müalicələri, tərkibində selenium və kükürd olduğu üçün saçların yenidən uzanmasına və struktur olaraq güclənməsinə kömək edir.

Sarımsağın tərkibində olan allisin maddəsi sözün əsl mənasında kəpəklə mübarizə aparır.

Qısa müddətdə kəpəyinizdən xilas olmaq istəyirsinizsə, sarımsaqla müalicə edə bilərsiniz.

Sarımsaqlı şampunları apteklərdə, marketlərdə və ya kosmetika mağazalarında görə bilərsiniz.

Sarımsaqlı şampun tapa bilmirsinizsə, problem deyil, gündəlik istifadə etdiyiniz şampuna sarımsaq suyu və ya ekstraktı əlavə edərək öz şampununuzu hazırlaya bilərsiniz.

Başqa bir seçim isə sarımsağı birbaşa baş dərinizə istifadə etməkdir. 3-4 diş sarımsağı yaxşıca əzin və saçlarınızın töküldüyü və ya zəiflədiyi yerlərdə saç dərinizə çəkin və təxminən 1 saat saxlayın.

Sonra eyni nahiyəni zeytun yağı ilə masaj edin və papaq taxaraq və ya dəsmalla bir gecədə saxlayın.

Səhər yuxudan duranda saçınızı adi şampunla yuya bilərsiniz.

Oxşar xəbərlər

Çiyələk yeməyin vacib səbəbləri - FOTO

Çiyələk yeməyin vacib səbəbləri - FOTO

May ayından bəri görkəmi ilə piştaxtaları bəzəyən və qoxusu ilə hər yaşdan bir çox insanın yeməkdən çəkinə bilmədiyi çiyələyin bir çox faydaları var. Yaz və yay...

294 Sosial 16:15 04 fevral 2024

Son xəbərlər