Sarayda sürücüləri boğaza yığan tıxacın səbəbi nədir?

Saray qəsəbəsindən Sumqayıt istiqamətinə və əks istiqamətə hərəkət edən sürücülər günün istənilən saatında bu yolda tıxacda qalırlar.
Səbəb sözügedən yolda qazıntı işlərinin aparılması, eləcə də yeni istifadəyə verilən körpüdə təmir işlərinin görülməsidir.
Vətəndaşlar deyirlər ki, 2 aydan çoxdur bu yolun vəziyyəti belədir. Ərazidə çalışanların da azlığı təmir işinin ləng getməsinə səbəb olur.
"İşçilərin sayını artırsınlar, biz də əziyyət çəkməyək. Xüsusilə axşam saatlarında böyük tıxac yaşanır, bura keçilməz olur", - deyə sürücü narazılıq bildirib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bakıda taksi fəaliyyəti ilə məşğul olanlara XƏBƏRDARLIQ
"Taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. Yaşı 8 ilə qədər...
