Samuxda 6 müəllimdə koronavirus aşkarlandı, bir məktəb bağlandı
                            
                                08
                                apr
                            
                                2021
                                20:08
                            
                            Samux rayonunda aprel ayı ərzində 17 nəfərdə koronavirus aşkar olunub.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, 6 müəllim və 11 şagirdin sözügedən infeksiyaya yoluxması müəyyən olunub.
Bundan başqa, Sərhəddin Əliyev adına 2 nömrəli orta məktəbin fəaliyyəti dayandırılıb. Orta tədris müəssisəsində 14 günlük karantin tətbiq edilib, sözügedən məktəbin şagirdləri distant təhsilə cəlb olunublar.
Oxşar xəbərlər
Məktəblərdə dərslər dayandırılır? - RƏSMİ AÇIQLAMA
Bakıda daha iki məktəb koronavirusa görə bağlanıb. BAKU.WS xəbər verir ki, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi və R.Pirnəzərov adına 299 saylı mə...