Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

Ağdaşda orta məktəblərdən biri koronavirusa görə bağlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ağdaş şəhər Bəkir Nəbiyev adına tam orta məktəbdə 2 şagird və bir müəllimdə COVİD-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin təhsil müəssisində bu gündən dərs prosesinin distant təhsilə keçirilməsinə dair qərar verilib. Dərhal məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində bu günə kimi rayon üzrə təhsil müəssisələrində 35 şagird və 9 müəllimdə COVİD-19 virusu aşkar edilib.
Oxşar xəbərlər
Azərbaycanda 21 gündə 225 şagird koronavirusa yoluxub, 4 məktəb bağlanıb
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə...
