“Samux vadisi” kafesinin sahibi və müştəriləri cərimələndi - FOTO

“Samux vadisi” kafesinin sahibi və müştəriləri cərimələndi - FOTO
Foto
Sosial 129

Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib.

Həmin şəxslər - kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini Fuad Abdullayev və müştəriləri Polis Şöbəsinə gətiriliblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər