Şamaxıda "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda konfrans keçirilir

Şamaxıda Müasir informasiya məkanı və dini etiqad azadlığı mövzusunda konfrans keçirilir
Foto
Sosial 59

İyulun 15–16-da Şamaxı şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda konfrans keçiriləcək.

BAKU.WS xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının rəhbərliyi, mətbuat nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edəcəklər.

Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması, bu sahədə mövcud qanunvericiliyin icrası, rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə işinin səmərəliliyinin artırılması və ictimai şüurda sağlam dini düşüncənin formalaşdırılması mövzularında fikir mübadiləsi aparılacaq.

Konfransın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev, Milli Məclisin deputatı Tamam Cəfərova və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edəcəklər.

Konfrans iki əsas panel sessiyadan ibarət olacaq:

• "Din-media münasibətləri: yeni hədəf və çağırışlar"adlı birinci panelə Dövlət Komitəsinin sədr müaviniGündüz İsmayılov moderatorluq edəcək. Sessiyada"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədrmüavini Rafiq Həşimov, "Milli.az" saytının baş redaktoruElçin Alıoğlu, "Report İnformasiya Agentliyi" MMC-nindirektoru və Mənəvi Dəyərlərin Təbliği FondununHimayəçilik Şurasının üzvü Fuad Hüseynəliyev, həmçininşair-yazıçı Şəhriyar Del Gerani mövzu ətrafında çıxışedəcəklər. • "Dini etiqadın sərbəst ifadəsi və söz azadlığı" adlı ikincipanel Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyatüzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovun moderatorluğuilə keçiriləcək. Paneldə Azərbaycan Jurnalistlər Şəbəkəsiİctimai Birliyinin sədri və Dövlət Komitəsi yanında İctimaiŞuranın üzvü Ayaz Mirzəyev, "APA Holding" MMC-ninprezidenti Vüsalə Mahirqızı, "Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin prezidentinin müşaviri, Əməkdar jurnalist Etibar Babayev və Azərbaycan İlahiyyat İnstitutununmüəllimi, "Amin" proqramının aparıcısı, fəlsəfə üzrəfəlsəfə doktoru Müşfiq Ötgün iştirak edəcəklər.

Konfrans çərçivəsində media nümayəndələri üçünŞamaxıdakı dini ibadətgahlara media-tur da təşkil olunacaq.

Son xəbərlər