Salyanda şəhidin xatirəsinə bulaq istifadəyə verildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda Vətən müharibəsi şəhidi Əliəkbər Bəndəliyevin xatirəsinə ehsan bulağının açılışı olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, rayonun Çadırlı kəndində inşa olunan bulağın açılışında şəhidin doğmaları, Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidin qəhrəmanlıqla dolu həyatından danışılıb, onunla bağlı xatirələr söylənilib. Sonra şəhidin anası bulağın rəmzi qırmızı lentini kəsib. Sonda məktəblilər Vətən, torpaq, qəhrəmanlıq mövzusunda şeirlər söyləyiblər.
Qeyd edək ki, şəhid Əliəkbər Bəndəliyev 2001-ci ildə Salyanın Çadırlı kəndində doğulub. Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 10 oktyabr 2020-ci ildə gedən ağır döyüşlərdən birində şəhidlik zirvəsinə ucalıb.
Ə.Bəndəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
Kürdəmirdə şəhidin xatirəsinə tikilən bulağın açılışı oldu - FOTO
Kürdəmirdə şəhid Şiralı Səlimovun xatirəsinə tikilən bulağın açılışı olub. Bulaq rayonun Sor-Sor kəndində Ağsu-Kürdəmir-İmişli magistral yolunun kənarında tikil...