Salyan və Sabirabadın bəzi kəndlərində işıq olmayacaq
Bu gün Salyan və Sabirabad rayonlarının bir sıra kəndlərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, dövlət proqramı çərçivəsində günəş elektrik stansiyasına 330 kV-luq elektrik veriliş hava xəttinin çəkilişi ilə əlaqədar Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində magistral xətt "Azərişıq" ASC-nin hava xətləri ilə kəsişir.
Bununla əlaqədar olaraq noyabrın 6-da saat 11:00-dan 14:00-dək Salyan və Sabirabad rayonlarının Salmanlı, Cəngan, Muğangəncəli, Çiçəkli, Qaraçala, Çadırlı, Pambıqkənd, Bəşirbəyli, Yolüstü, Varlı 1-2, Düzənlik, Peyk, Uluxanlı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri tamamlandıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Sovetskidə aparılan yenidənqurma işləri ilə bağlı YENİ XƏBƏR
Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Süleyman Tağızadə, Nabat Aşurbəyova, Lev Tolstoy, Mirzə Fətəli Axundov, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələri...