Sakinlərin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq
İyunun 5-də Bakının, Naxçıvanın və Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
"Azərişıq" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, bu, planlı təmir-bərpa və təftiş işləri ilə əlaqədardır. Fasilələr aşağıdakı ünvanları əhatə edəcək:
Bakı şəhəri, Nizami rayonu (10:00 - 13:00):
- 8-ci km Ticarət Mərkəzi və ətraf ərazilər;
- Cəmşid Naxçıvanski küçəsinin bir hissəsi.
Naxçıvan şəhəri (13:00 - 15:00):
- Heydər Əliyev prospekti;
- Vüqar Qasımov və Afiyəddin Cəlilov küçələri.
Lənkəran rayonu:
- 10:00-dan 13:00-dək: Şürük, Türkəkəran, Şıxakəran və Xolmili kəndləri;
- 14:00-dan 16:00-dək: Gərmətük, Aşağı Nüvədi qəsəbələri, Viyən və Şilim kəndləri.
Qeyd olunub ki, təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilərin elektrik təchizatı daha keyfiyyətli olacaq.
Oxşar xəbərlər
Bugünkü iməcilikdə Bakının 556 küçəsi yuyuldu
Bu gün paytaxtda keçirilən növbəti genişmiqyaslı daxili iməcilik zamanı Bakının 556 küçəsi yuyulub. BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyət...