Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub
Mingəçevirdə sahibsiz itlərin sayı artıb. Sakinlər deyirlər ki, həm gecə, həm də gündüz saatlarında Kür çayının sağ və sol sahillərində yerləşən küçələrdə sahibsiz itlərə rast gəlmək mümkündür.
Məlumata görə, iyul-avqust aylarında it dişləməsi ilə bağlı xəstəxanalara 100-dən çox müraciət daxil olub.
"Orada oturduğumuz yerdə gəlini dişləyəndən sonra Etibar adlı oğlanın üstünə cumub. Amma dişləməyib, o özünü müdafiə edə bilib", - sakinlərdən biri deyib.
"Uşağın, böyüyün üstünə cumur. Çölə çıxmaq mümkün deyil. Qapının ağzında yatır, elə bil ki, səni güdür", - başqa bir sakin bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Soyuqdəymənin ilk əlamətləri zamanı BUNLARI EDİN
Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. BAKU.WS-in məlumatına görə, mütəxəssislər bu mərhələdə...