Sakinlər fəryad edirlər: "Ölüm ayağındayıq, ağlayırıq"
Susuzluq problemi Ucar rayonunun 4 minə yaxın əhalisi olan Alpout kəndinin sakinlərini çətin vəziyyətdə qoyub.
Sakinlərin sözlərinə görə, onlar illərdir həm içməli, həm də suvarma suyunun çatışmazlığından əziyyət çəkirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən kənd sakinləri problemin həlli üçün aidiyyəti qurumlardan kömək istəyirlər. "Arxın suyundan çəltik, yonca əkənlər istifadə edirlər. Kəndə isə su gəlib çatmır. Gələndə də ayda bir-iki dəfə gəlir. Suyun üstündə dava düşür, insanlar bir-birinə xəsarət yetirirlər", - deyə sakinlərdən biri bildirib. Digər sakin isə vəziyyətin dözülməz həddə çatdığını deyib:
"Ölüm ayağındayıq. Bu istidə susuzluqdan əziyyət çəkirik. Nə özümüzə, nə də heyvanlarımıza su tapa bilirik. Çox ağır vəziyyətdəyik".
Oxşar xəbərlər
Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində avtonom nəqliyyat vasitə...