Sakinlər binada kommunal xətləri öz adlarına rəsmiləşdirə bilmirlər - ŞİKAYƏT

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan sakinlər illərdir yaşadıqları binada kommunal xətləri öz adlarına rəsmiləşdirə bilmirlər.
Onların sözlərinə görə, üçmərtəbəli yaşayış binasında 12-13 mənzil mövcuddur və kommunal xidmətlərin hamısı MTK sahibinin adına rəsmiləşib.
"Kommunal ödənişləri başqasının adına edirik. Öz adımıza çıxarış tələb edirik. Heç kimi evə qeydiyyata sala bilmirik", - deyə sakinlərdən biri bildirib.
Başqa bir sakin isə belə deyib: "Öz kommunalımı ödəyə bilmirəm. İstədikləri kimi danışırlar. Bir ayda kommunala 206 manat pul ödədim".
Məsələ ilə bağlı MTK sahibi vətəndaşların yaşadıqları çətinlikdən xəbərdar olduqlarını və problemin tezliklə həll olunacağını açıqlayıb.
Binanın komendantı isə qeyd edib ki, bu ayın sonuna kimi qaz, gələn aydan etibarən isə həm işıq, həm də su xətləri sakinlərin adına rəsmiləşəcək. Komendant onu da əlavə edib ki, sakinlərin hər birinə çıxarış verilib. Çıxarışların mülkiyyət növünü dəyişmək istəyən vətəndaş isə bununla bağlı məhkəməyə müraciət edib rahatlıqla dəyişə bilər.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Qazdan istifadə edənlərə PİS XƏBƏR - Sabah...
"I Zabrat" QPS-də tənzimləyici qovşağın demontaj olunması işləri, Binəqədi rayonunun İ.P.Dadaşov küçəsindən qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sı...
