Sakinin başına oyun açan şirkət suallardan qaçdı: "Çox pis vəziyyətdəyik"
Xırdalan şəhərində yaşayan sakinlər tikinti şirkətinin fəaliyyəti nəticəsində həyatlarının təhlükə altında olduğunu iddia edirlər. Sakin Eldar Həziyevin sözlərinə görə, Baku TV iki həftə əvvəl də eyni ünvanda çəkiliş aparıb.
Həmin vaxt o, "EkoPark" yaşayış kompleksinin evinə bitişik inşa etdiyi hasarın təhlükə yaratdığını bildirərək xəbərdarlıq etmişdi.
Onun sözlərinə görə, narahatlıq qısa müddət sonra gerçəyə çevrilib.
"Onların tikdiyi 18 metrlik hasar mənim evimin üstünə tökülüb. Hazırda yataq otaqlarına girmək mümkün deyil. Hər an daşlar pəncərədən içəri düşə bilər. Çox pis vəziyyətdəyik", - deyə sakin bildirib.
Şikayətçi Şəxsiyyət Həziyeva isə qeyd edib ki, tikinti işləri başlayandan şirkəti dəfələrlə təhlükə barədə xəbərdar etsələr də, narahatlıqları nəzərə alınmayıb:
"Tikinti başlayandan onlara deyirdik ki, ev tərpənir, təhlükə var. Təxminən 10 gün əvvəl də şirkətə gedib demişdim ki, bu hasar bizim üstümüzə gələcək. Mənə "narahat olmayın" dedilər. Amma külək əsən kimi hasar uçdu".
Şirkətin nümayəndəsi isə sualları cavablandırmaqdan yayınıb.
Oxşar xəbərlər
Bakıda bu yollar iki gün bağlı olacaq
Bakıda aparılan təmir işləri ilə əlaqədar bəzi küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq ediləcək. BAKU.WS xəbər v...