Sahil Babayev: "Bələdiyyələrin subvensiya və subsidiya vəsaitlərindən istifadə çox aşağıdır"
Azərbaycanda bələdiyyələrə ayrılan subvensiya və subsidiya vəsaitlərinin mənimsənilməsi səviyyəsi olduqca aşağıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Nazirin sözlərinə görə, bələdiyyələrə dotasiya, subsidiya və subvensiyalar ayrılır:
"Bələdiyyələrin dotasiyalarının istifadəsi cari il üzrə qənaətbəxş səviyyədədir. Lakin subvensiya və subsidiya üzrə istifadə çox aşağıdır. Bu ilin 9 ayı üzrə bu göstərici cəmi 50 % təşkil edir. Buna görə də növbəti il üçün bu vəsaitlərin artırılması nəzərdə tutulmur".
Oxşar xəbərlər
Bakı metrosundan istifadə edənlərin NƏZƏRİNƏ - Sabah qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək
Bu gün saat 12:10-da "Ulduz–Nərimanov" mənzilində aralıq kabelində baş vermiş qısaqapanma ilə əlaqədar operativ şəkildə həmin mənzilin bütün elektrik qida mənbə...