Şahbuzun bəzi kəndlərində işıq olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən 35 kV-luq Şahbuz hava elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq.
Aparılacaq işlərlə əlaqədar olaraq Şahbuz şəhəri, Nursu, Mahmudoba, Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Ağbulaq, Gömür, Ayrınc, Qızıl Qışlaq, Güney Qışlaq və Kükü kəndlərində saat 13:00-dan 14:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...