Şagirdlər narahatdır: Saytı kiberhücuma məruz qalan DİM-dən - AÇIQLAMA

Şagirdlər narahatdır: Saytı kiberhücuma məruz qalan DİM-dən - AÇIQLAMA
Sosial 254

"Hazırda imtahanlara qeydiyyatla bağlı əsaslı bir narahatlıq yoxdur. Bu vaxta qədər 80 mindən artıq ərizə artıq təsdiq olunub".

BAKU.WS xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.

Bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur. Həmçinin Dövlət İmtahan Mərkəzinin rəsmi saytında daxil olarkən bu problem müşahidə olunur. Yaranmış vəziyyət DİM saytında qeydiyyatdan keçməli olan şagirdlərdə ciddi narahatlığa səbəb olub.

Mətbuat katibi isə bildirib ki, qeydiyyat prosesi 20 fevraldan başlanıb və martın 5-nə qədər davam edəcək.

"Proses elektrondur, 24 saat ərzində işlək olur. Yəni iştirakçılara qeydiyyatdan keçmələri üçün kifayət qədər vaxt verilib".

Oxşar xəbərlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

İyulun 21-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abş...

10 Sosial 10:09 22 iyul 2025

Son xəbərlər