Şagirdlər bullinqə məruz qalarsa nə etmək lazımdır? - Psixoloq cavab verdi
Son dövlər bir çox məktəblərdə bullinqlə (təzyiq və zorakılıqla) məruz qalma halları çoxlaıb. Belə hallar baş verərkən mütləq şəkildə həmin şagirdlərin mütəxəssisə müraciət etməsi lazımdır.
BAKU.WS xəbər verir ki, bu barədə RuNews24.ru-ya müsahibəsində psixoloq, "Synergia" Universitetinin İdman menecmenti kafedrasının müəllimi Liliya Şuvalova bildirib.
Psixoloqun sözlərinə görə, bullinq təkcə fiziki zorakılıqdan ibarət deyil:
"Buraya təhqirlər, davamlı lağ-lağı, psixoloji təzyiq və kollektivdən təcridetmə (boykot) də daxildir. Rəqəmsal dövrdə internet üzərindən həyata keçirilən təqib də fiziki zorakılıq qədər zərərli ola bilər".
Ekspert valideynləri uşaqlarda problemin dolayı əlamətlərinə diqqət yetirməyə çağırıb. Bu əlamətlərə yuxu pozuntusu, iştahanın itməsi, məktəbə getmək istəməmək, tez-tez çirkli geyimlə evə qayıtmaq daxildir.
Şuvalova qeyd edib ki, bullinq çox vaxt ətrafdakıların səssiz razılığı fonunda baş verir və böyüklərin laqeyd münasibəti uşaqlar üçün ağır psixoloji nəticələrə səbəb ola bilər. Onun sözlərinə görə, belə hallarda dərhal məktəb rəhbərliyinin adına rəsmi müraciət olunmalıdır. Əgər uşağa fiziki xəsarət yetirilibsə, bu fakt travmatoloji məntəqədə sənədləşdirilməli və hüquq-mühafizə orqanlarına məlumat verilməlidir.
Psixoloq vurğulayıb ki, uşağı zorla onu təqib edən kollektivə qaytarmaq düzgün deyil. Bu, stress və təşviş səviyyəsini daha da artırır. Aqressorlarla təmas uşağın xarakterini möhkəmləndirmir, əksinə, daim təhlükə gözləmək vərdişi yaradır ki, bu da sonradan nevrotik problemlərə gətirib çıxara bilər.
Oxşar xəbərlər
Dələduzların yeni üsulu - Bu yolla telefondakı məlumat ələ keçirilə bilər
Kafe, hava limanı və ya ticarət mərkəzlərində telefonun rahat şəkildə enerji yığması bəzən batareyanın dolması ilə deyil, şəxsi məlumatların tam itirilməsi ilə...