Sabunçu sakinləri üfunət içində - Kanalizasiya problemi niyə həll olunmur?
Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Sultan Məcid Əfəndiyev küçəsinin sakinləri aylarla davam edən üfunət qoxusundan şikayətçidirlər.
Onlar narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Altı aydır ki, burada vəziyyət belədir. Özüm xəstə adamam, gəzə bilmirəm, heç kim də gəlib baxmır", - sakinlərdən biri söyləyib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda kanalizasiya xəttinin üzərində qeyri-qanuni ev inşa edilib:
"Evin altından keçən xətdə qəza baş verib. Hazırda xəttin evin altından keçən hissəsinin yerinin dəyişdirilməsi istiqamətində işlər aparılır. Yaxın müddətdə xəttin yeri dəyişdirilərək məsələ həllini tapacaq".
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva oktyabrın 26-da Şamaxıdakı "Nəsimi Bağları" kompleksində olublar. BAKU.WS xəbər verir ki...