Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edildi

25
mar
2023
13:53
Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, Mərkəzin direktoru vəzifəsinin icrası Cahangir Həsənova həvalə edilib. O, buna qədər həmin tibb müəssisəsində direktor müavini olub.
Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin sabiq direktoru, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalov bir neçə gün öncə vəzifəsindən azad edilmiş, 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunmuşdu.
Oxşar xəbərlər
Bu gün təltif edilən generallar - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər...
