Sabun istehsalının sirləri: Dəqiqlik və səbir tələb edən iş - FOTOREPORTAJ
Sabun hazırlanması həm dəqiqlik, həm də səbir tələb edən mərhələli bir prosesdir.
BAKU.WS Photostock.az-a istinadən xəbər verir ki, bu məhsulun istehsalı yağların və qələvi məhlulunun birləşdirilməsi ilə başlayır. Əvvəlcə bitki və ya heyvan mənşəli yağlar uyğun temperatura qədər qızdırılır.
Daha sonra ayrı qabda natrium hidroksid (NaOH) və ya kalium hidroksid (KOH) su ilə qarışdırılaraq qələvi məhlulu hazırlanır və soyudulur.
Soyumuş məhlul ehtiyatla yağların üzərinə əlavə edilir, alınmış kütlə isə blender və ya spatula ilə "trace" mərhələsinə qədər qarışdırılır.
Bu mərhələdə saponifikasiya adlanan kimyəvi reaksiya baş verir və yağlar tədricən sabuna çevrilməyə başlayır. Hazır qarışıq qəliblərə tökülərək 24-48 saat ərzində bərkiməyə qoyulur. Daha sonra sabun qəlibdən çıxarılaraq kəsilir.
Saponifikasiya prosesinin tam başa çatması, suyun bir hissəsinin buxarlanması və sabunun lazımi sərtliyə çatması üçün təxminən 4-6 həftə yetişdirilir.
Təbii sabunların hazırlanma prosesindən fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Qalereya
Oxşar xəbərlər
MEDİA: İran Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur
İranın Kəşfiyyat Nazirliyinin bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan dövlət televiziya kanalı olan AzTV-ni "düşmən media qurumları" siyahısına dax...