Şabranda yol problemi: Uçan körpü nə vaxt bərpa olunacaq?
Aprel ayındakı leysanlar və Şabrançaya gələn güclü sel Şabran rayonunda bir sıra fəsadlara səbəb olub.
Əmirxanlı kəndinin ərazisində körpü uçub. Bu səbəbdən aylardır ki, beş kəndin sakinləri çətinliklərlə üzləşirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar aidiyyəti qurumlardan kömək istəyirlər.
"8-9 aydır ki, körpünü təmir edən yoxdur. Yağış yağanda maşınlar hərəkət edə bilmir, burada batıb qalır", - sakinlərdən biri narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən ərazidəki problemdən xəbərdardırlar: "Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilib. Təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Həmin təkliflər qəbul olunandan sonra ərazidə körpünün bərpa edilməsi tərəfimizdən təmin olunacaq".
Oxşar xəbərlər
"Karaca" mağazası ilə bağlı QALMAQAL: "Dedilər ki, get, nə istəyirsənsə et"
Baku TV-nin qaynar xəttinə "Karaca" mağazası ilə bağlı şikayət daxil olub. Şikayətçi Ləman Abbaslı bildirir ki, "Karaca" mağazasından 3 min manatlıq alış-veriş...