Sabirabadda toy məclisində QALMAQAL: Kabablar mətbəxdə gizlədilib
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabad rayonunda yerləşən "Səma" şadlıq evində keçirilən toy mərasimindən sonra mübahisə yaşanıb.
BAKU.WS-in məlumatına görə, qalmaqala səbəb şadlıq evində bəzi yeməklərin qonaqlara təqdim edilməməsi və mətbəxdə saxlanılması olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bildirilir ki, toy məclisində stollara verilməli olan kabablar, plov və qarası, müxtəlif salatlar və digər təamlar qonaqlara təqdim olunmayıb. İddialara əsasən, həmin yeməklər mətbəxdə saxlanılıb.
Bu vəziyyət toy sahibinin etirazına səbəb olub. Görüntülərdə onun mətbəxə daxil olaraq təqdim olunmadığı deyilən yeməkləri bir-bir göstərdiyi əks olunub. Kadrlar qısa zamanda sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Oxşar xəbərlər
Daha bir rayonda yollar əsaslı TƏMİR EDİLƏCƏK
Yevlax şəhərində yolların əsaslı təmiri planlaşdırılır. BAKU.WS-in məlumatına görə, təmir işləri Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək. L...