Sabiq Baş nazirinin xanəndə kürəkəni "Bodybuilding" yarışında - FOTO/VİDEO

Sabiq Baş nazirinin xanəndə kürəkəni Bodybuilding yarışında - FOTO/VİDEO
Foto Video
Sosial 15

Xanəndə Pərviz Qasımov BƏƏ-də keçirilən “Dubai pro 2023” adlı "Bodybuilding" yarışında istirak edib.

BAKU.WS xəbər verir ki, yarış "World Trade Centre Arena"da baş tutub.

Bir çox ölkənin idmançısının qatıldığı yarışda Pərviz Qasımov 6 nəfərlə finala vəsiqə qazanıb. Bu barədə o sosial şəbəkə hesabında foto və vidoelar paylaşıb. Qasımov yarışda 4-cü yerə sahib olub.

Xatırladaq ki, xanəndə Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibidir.

O keçmiş baş nazir Novruz Məmmədovun kürəkənidir. Muğam ifaçısı sabiq nazirinin qızı Firuzə Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı azyaşlı övladı var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər