Sabahın hava proqnozu AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata əsasən, mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° isti olacaq.
Oxşar xəbərlər
İstirahət günlərində gözlənilən hava proqnozu
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən m...