Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
Sosial 13

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Axşama doğru əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitində gəlincə, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.

Oxşar xəbərlər

Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Qar, yağış yağacaq, güclü külək əsəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Azərbaycanda bazar gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən mə...

5060 Sosial 13:19 07 dekabr 2019

Son xəbərlər